XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

10 Fevral 2021 - 14:40

Ərdoğan:“Kipr məsələsinin iki dövlətli həll yolundan savayı alternativi qalmayıb”

“1960-cı illərdə Kipr tərəfinə muxtariyyət haqqı tanımayan yunanlar olub. Məqsədləri adanı tək başına idarə etmək idi”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin qrup iclasında çıxışı zamanı deyib.

“Referendum keçirildi. Türk tərəfi olaraq soydaşlarımızın 75 faizi “hə” dedi, yunanların isə 65 faizi “yox” dedi. Cənubi Kipr Avropa İttifaqına üzv oldu, Şimali Kipri isə təşkilata qəbul etmədilər. Kəşfiyyat görüşləri ötən həftə İstanbulda başladı. İndi Miçotakis meydan oxuyur. Biz səninlə necə görüşək? Həddinizi biləcəksiniz. Sülh axtarışları varsa, sən də mənə meydan oxuma, həddini bil. O vaxt sən masadan qaçdın. Nəyə güvənirsiniz? Türkiyə dimdik ayaqdadır. Miçotakis bəzi dağlara güvənir, o dağlara qar yağıb”, – deyə Ərdoğan qeyd edib.

Türkiyənin dövlət başçısı vurğulayıb ki, Kipr məsələsinin iki dövlətli həll yolundan savayı alternativi qalmayıb: “İstər qəbul edin, istər qəbul etməyin”.