XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 February 2021 - 21:44

Həsən Ruhani:"İran xalqı inqilabı həmişə dəstəkləyib"

Fevralın 10-da İranda İslam İnqilabının 42-ci ildönümü qeyd olunur.

COVID-19 pandemiyası ilə əlaqədar olaraq bu il Tehranda və digər şəhərlərdə yürüş yalnız avtomobil və motosikletlər ilə baş tutub.

İnqilabın ildönümü münasibətilə Prezident Həsən Ruhani videokonfrans vasitəsilə xalqa müraciət edib. Prezident bildirib ki, bütün sanksiyalara, ədalətsizlik və haqsızlığa baxmayaraq, İran xalqı düşmənlərə baş əymədi və öz yolunu davam etdirdi. Onun sözlərinə görə, xalq inqilabın nailiyyətlərini daim qoruyaraq onun yanında oldu və onu müdafiə etdi.

H.Ruhani diqqətə çatdırıb ki, İran xalqı dəyanət göstərərək iqtisadi müharibədə qalib gəldi və gələcək nəsillər bu qələbən çox faydalanacaqlar.

Yürüş zamanı İran istehsalı olan “Dizful” ballistik raketi də nümayiş olunub. Bu raketlər 1000 kilometrlik məsafədəki hədəfləri dəqiq vurmaq imkanına malikdir(azərtac).