XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 February 2021 - 22:15

“Mutasiyalı viruslar Türkiyədə 30-dan çox şəhərə yayılsa da, böyük təhlükə yaradacaq həddə deyil”- Türkiyənin səhiyyə naziri

“Türkiyənin 30-dan çox şəhərində COVID-19 virusunun mutasiyaya uğramış variantına rast gəlinir”.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca COVID-19-a qarşı mübarizə tədbirləri çərçivəsində nazirliyin nəzdində yaradılan Elm Qurumunun növbəti iclasından sonra keçirilən mətbuat konfransında bildirib.

Nazir deyib ki, hazırda Türkiyədə mutasiyaya uğramış COVID-19 virusu artmaqdadır: “Ölkəmizdə COVID-19-un mutasiyaya uğramış 263 Britaniya, 23 Cənubi Afrika, 106 mənşəyi məlum olmayan varinatı var. Amma virus mutasiyaya uğrasa da, mübarizə tədbirlərimiz eynidir və mutasiyalı virus Türkiyə üçün böyük təhlükə yaradacaq həddə deyil”.