XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

11 Fevral 2021 - 21:31

Almaniyada lokdaunun müddəti uzadıldı- Bu tarixədək

Almaniyada koronavirusla əlaqədar lokdaunun müddəti uzadılıb.

Trend-in “İnterfaks”a istinadən verdiyi məlumata görə, bunu Almaniya Kansleri Angela Merkel bildirib.

Onun sözlərinə görə, lokdaun rejiminin müddəti 7 mart tarixinədək uzadılıb.

Məlumata əsasən, lokdaun 2020-ci ilin noyabr ayının ortalarından qüvvədədir. Lokdaun ərzaq mağazaları istisna olmaqla bütün mağaların, idman klubları və gözəllik salonlarının, üzgüçülük hovuzlarının, muzeylər və teatrların, restoranlar və barların bağlanmasını nəzərdə tutur.