XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

11 Fevral 2021 - 11:34

ABŞ-ın büdcə kəsiri 13,4 faiz artıb- Maliyyə Nazirliyi

ABŞ-ın büdcə kəsiri yanvar ayında ötən ilin dekabr ayına nisbətən 13,4% artaraq 162,832 mlrd. dollara çatıb.

APA-Economics”in məlumatına görə, bu barədə ABŞ-ın Maliyyə Nazirliyinin hesabatında deyilir.

Qeyd olunur ki, ötən ili yanvar ayında ABŞ-ın büdcə kəsiri 132,595 mlrd. dollara bərabər olub.

Eyni zamanda, nazirliyin hesabatına əsasən, ABŞ-da dövlət xərcləri 2020-ci ilin yanvar ayında illik ifadədə 11,8% artaraq 547,483 mlrd. dollar, gəlirlər isə 11,1% artaraq 384,651 mlrd. dollar olub.