XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 February 2021 - 21:16

Gürcüstan baş naziri istefa verir?- Açıqlama

Gürcüstan mətbuatı ölkənin baş naziri Giorgi Qaxariyanın istefa verəcəyi barədə məlumatlar yayıb.

“Report”un yerli bürosu xəbər verir ki, hökumət başçısının müavini, xarici işlər naziri David Zalkaliani məsələyə münasibət bildirib.

O, məlumatları qeyri-ciddi, absurd və əsassız adlandırıb: “Giorgi Qaxariya postunu tərk etmir. O, çox ciddi, ləyaqətli dövlət xadimi, önəmli islahatlar həyata keçirən siyasətçidir”.

XİN başçısı hakim komandada güclü birliyin olduğunu qeyd edib.