XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

11 Fevral 2021 - 22:27

Türkiyəli mütəxəssislər xəbərdarlıq ediblər- Ölkədə COVID-19-a yoluxanların sayının artması ilə bağl

Türkiyəli mütəxəssislər COVID-19-un mutasiyaya uğramış növünə yoluxanların sayının artması səbəbindən ölkədə mart ayında növbəti pik nöqtənin yaşana biləcəyi ilə bağlı xəbərdarlıq ediblər.

Hazırda Türkiyə ərazisində virusun mutasiyaya uğramış növlərinə yoluxanlar var. Bu, xəstəliyin özünü başqa formada büruzə verməsi deməkdir. Mütəxəssislər bu növ virusun daha yoluxucu olduğunu bildirirlər.

Qeyd edilir ki, hazırda Türkiyədə tətbiq edilən vaksin 50 faiz təsirlidir və xəstəliyin ağır keçməsinin qarşısını 90 faizədək alır. Lakin yoluxma hallarının qarşısının tam alınması üçün əhalinin 70 faizində virusa qarşı immunitetin yaranması vacibdir.

Türkiyəli elm adamları eyni zamanda COVID-19 keçirmiş şəxslərin bir müddət nəzarət altında qalması və mümkün qədər reabilitasiya prosesi keçmələrinin vacibliyini vurğulayıblar(azərtac).