XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 February 2021 - 18:11

Ermənistanda etirazlar davam edir –İtkin düşən hərbçilərin valideynləri Yerevanın əsas prospektini bağlayıb

Ermənistanda itkin düşən hərbçilərin qohumları Yerevanın əsas prospektini bağlayıblar.

Məlumatı “Novosti Armeniya” yayıb.

Bildirilib ki, həmin hərbçilərin valideynləri Ermənistanın baş nazirinin ofisinin rəhbəri Arsen Torosyanın açıqlamasına etiraz ediblər. Torosyan deyib ki, 5 min əsiri geri qaytardıqları üçün valideynlər hökumətə minnətdar olmalıdır.

Qeyd edək ki, fevralın 11-də Ermənistan hökumətinin binası qarşısında itkin düşən hərbçilərin valideynləri etiraz aksiyası keçirib/REport.