XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 February 2021 - 00:21

Əfqanıstanda BMT avtomobillərinə hücum olub –Ölənlər var

Əfqanıstanda BMT-nin nümayəndəliyinə məxsus iki avtomobil silahlı hücuma məruz qalıb.

“Ariana News” xəbər verir ki, hadisə paytaxt Kabilin Surobi dairəsində, Cəlalabad şəhərinə gedən avtomobil yolunda baş verib.

Nəticədə BMT avtomobilərini müşayiət edən Mühafizə Xidməti Direktorluğunun 5 əməkdaşı həlak olub.

BMT-nin Əfqanıstandakı missiyasının açıqlamasında əməkdaşlarının və avtomobillərinin ziyan çəkmədiyi bildirilir/Report.