XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

12 Fevral 2021 - 12:04

Almaniyada 2 əsrlik karnaval təxirə salınıb –VİDEO

Almaniyanın ən əhəmiyyətli və qədim karnavalı sayılan 198-ci “Rosenmontag” (Çəhrayı Bazar ertəsi) təxirə salınıb.

Buna səbəb ölkədə COVID-19 pandemiyası ilə bağlı karantin rejimi müddətinin martın 7-dək uzadılmasıdır.

Fevralın 15-də keçirilməli olan karnavalla bağlı şəhər rəhbərləri əhaliyə müraciət edib. Müraciətdə əhalidən pandemiya qaydalarına riayət edilməsi və bir yerə toplaşmamaları xahiş olunub.

Xatırladaq ki, ilk dəfə 1823-cü ildə Köln şəhərində təşkil edilən “Rosenmontag” karnavalında xalq müxtəlif geyimlərlə küçələrə çıxıb. Yüzdən çox karnaval dərnəyi tərəfindən təşkil edilən tədbir çox vaxt Braziliyadakı Rio karnavalına bənzədilir.

Ancaq Almaniyadakı “Rosenmontag”da müxtəlif qruplar bəzədilmiş TIR, traktor və digər avtomobillərin üzərinə çıxaraq “Kamelle” (Şəkər!) qışqıran hər kəsə konfet atırlar. Karnaval gəzintilər, əyləncələr, maskalı şoular və şənliklərlə davam edir.

Karnavalın ən maraqlı hissəsi siyasətçilərin hazırlanan kuklaları ilə keçididir. Bu zaman Almaniya və dünya gündəmini zəbt edən siyasi hadisələr kreativ yollarla karnaval iştirakçılarına çatdırılır.

Almaniya Ticarət Birliyinin 2020-ci ildə keçirdiyi sorğuya görə, almanlar karnaval geyimlərinə 360 milyon avro pul xərcləyiblər. (report)