İrana pislik arzulayan düşmənlər ölkənin müdafiə gücündən qorxmalıdır.
Bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı Hüseyn Səlami deyib.
Onun sözlərinə görə, İran ordusu hər zaman düşmənlərinə qarşı avtoritetini, müdafiəsini, müqavimətini və aqressiyasını qoruyub saxlayıb:
“SEPAH-ın Quru Qoşunlarının döyüş gücü bu gün gördüyümüzdən daha çoxdur. Bu təlimlərin gedişində biz yalnız bu gücün kiçik bir hissəsini göstərdik”.
Qeyd edək ki, İran bundan öncə “Böyük peyğəmbər 16” hərbi təlimini keçirib. (axar.az)