XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

12 Fevral 2021 - 20:02

Türkiyədə COVID-19-a qarşı peyvənd edilənlərin sayı 3,5 milyonu ötüb

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı peyvənd edilənlərin sayı 3,5 milyonu ötüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca “Twitter”də bildirib.

Xatırladaq ki, Türkiyədə koronavirusa qarşı kütləvi vaksinasiya prosesinə başlanılıb. İlk olaraq tibb işçilərinin peyvəndlənməsinə start verilib. Tibb işçilərindən sonra yaşlı insanlar peyvənd olunacaq. Türkiyədə vaksinasiya prosesində Çinin “Sinovak” əczaçılıq korporasiyası tərəfindən hazırlanmış “Koronavak” inaktiv peyvəndindən istifadə olunur.