XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 February 2021 - 20:48

Səudiyyə Ərəbistanında 48 məmur həbs edilib- Korrupsiyada ittiham olunurlar

Səudiyyə Ərəbistanında 48 dövlət məmuru korrupsiyada ittiham olunaraq həbs edilib.

“Report” xəbər verir ki, məlumatı “Al-Arabia” telekanalı yayıb.

Bildirilib ki, onlar şəhər və kənd administrasiyaları, Müdafiə, Daxili, Ədliyyə nazirlikləri, Tikinti, Təhsil sahələri, Ətraf mühitin qorunması, Su və kənd təsərrüfatları nazirliklərinin əməkdaşlarıdır.

Həmin məmurlar rüşvət almaqda, saxta sənəd hazırlamaqda və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə də ittiham olunurlar.

Məlumata görə, 411 nəfər korrupsiyada şübhəli bilinirdi. Araşdırmalar nəticəsində 48 nəfərə qarşı ittiham irəli sürülüb. Krallığın Antikorrupsiya İdarəsindən bildirilib ki, istintaq başa çatdıqdan sonra cinayət işi məhkəməyə göndəriləcək.