XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

12 Fevral 2021 - 23:59

Tacikistanda zəlzələ olub –6,1 bal gücündə

Tacikistanın şərqində 6,1 bal gücündə zəlzələ baş verib.

Bu barədə ölkənin Elmlər Akademiyasının seysmoloji xidməti məlumat yayıb.

Məlumata görə, zəlzələ yerli vaxtla saat 22:14-də (Bakı vaxtı ilə saat 21:14) qeydə alınıb.

“6,1 maqnitudalı zəlzələ Tacikistanın Murqab rayonunda, Düşənbədən 700 kilometr şərqdə və Murqab rayon mərkəzindən 25 kilometr məsafədə baş verib”, – deyə xidmətin məlumatında qeyd olunub.

Yeraltı təkanlar Tacikistanın paytaxtında 3-4 bal gücündə hiss olunub. Fövqəladə Hallar Komitəsinin verdiyi məlumata görə, zəlzələ nəticəsində tələfat və dağıntı yoxdur.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələnin episentri 80 kilometr dərinlikdə yerləşib. (apa)