XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 February 2021 - 10:17

Ermənistanın parlamentdəki müxalifət lideri Moskvaya səfər edəcək

Çiçəklənən Ermənistan Partiyasının sədri, parlamentdə “Sarukyan fraksiyası”nın rəhbəri, milyonçu deputat Qaqik Sarukyan Moskvaya səfər edəcək.

“Report” xəbər verir ki, məlumatı “Qraparak” yayıb.

Qəzetin yazdığına görə, müxalifət partiyalarının liderləri arasında hələ də görüş baş tutmayıb: “Onlar bunun üçün Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın Moskvadan qayıdacağını gözləyirdi. İndi bu görüş yenə ləngiyəcək. Bu dəfə də Sarukyanın Rusiyadan qayıdacağını gözləyəcəklər. Müxalifət liderlərinin görüşündən sonra fevralın 20-də mitinq keçiriləcək. Həmin aksiyada Sarukyanın da iştirakı gözlənilir”.