XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 February 2021 - 13:07

Ermənistanda koronavirus:yoluxanların sayı 169022 nəfərə çatıb

Ermənistanda son sutkada 192 nəfərdə yeni növ koronavirusa (COVİD-19) yoluxma halı qeydə alınıb.

APA-nın “Sputnik Armenia”ya istinadən xəbərinə görə, bu barədə Ermənistanın Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi məlumat yayıb.

Qeyd edilib ki, bununla da Ermənistanda koronavirusa yoluxanların sayı 169022-yə çatıb.

Son sutka ərzində koronavirusdan daha 2 nəfər ölüb, bununla da ölkədə virusdan ölənlərin sayı 3140-a çatıb.