XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 February 2021 - 13:32

Moskvaya 56 sm qar yağıb- Son 65 ildə ilk dəfə

Rusiya paytaxtına rekord həcmdə qar yağıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, fasiləsiz 36 saat davam edən qar Rusiya paytaxtında həyatı iflic edib. Moskvada qarın hündürlüyü 56 santimetr olub. Bu göstəricinin 60 santimetrə çatacağı bildirilib. Bu göstərici isə sonuncu dəfə 65 il bundan öncə qeydə alınıb. Moskva vilayətində isə qarın hündürlüyü 71 santimetr olub.

Bu gün istirahət günü olmasına baxmayaraq, səhər saatlarında Moskvada 9 ballıq tıxac müşahidə olunub. Şəhərin ancaq mərkəzi küçələrini qardan təmizləmək mümkün olub. Qarın yaratdığı fəsadların aradan qaldırılması üçün minlərlə texnika və işçi qüvvə cəlb olunub.

Hava şəraiti ilə əlaqədar Moskva aeroportlarında onlarla reys təxirə salınıb və ya gecikmələrlə yerinə yetirilib.

Sinoptiklər qarın bu gün də yağmağa davam edəcəyini proqnozlaşdırıblar.