XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 February 2021 - 14:33

Keçmiş respublikaçılar Trampa qarşı yeni partiya yaratmaq istəyirlər

Respublikaçılar Partiyasının keçmiş nümayəndələrinin bir qismi üçüncü, sağ mərkəzçi partiya yaradılması barədə danışıqlar aparırlar.

Bu yeni partiya Trampa qarşı çıxış edəcək.

Onlarca sabiq vəzifəli şəxsin fikrincə, Respublikaçılar Partiyası indiki formada keçmiş Prezident Donald Trampa qarşı çıxmaq istəmir. Onlar bildiriblər ki, Tramp Amerika demokratiyasına etinasızlıq göstərir. Bu səbəbdən onlar yeni partiyaya ümid bəsləyirlər. Bu günlərdə keçirilmiş Zoom-konfransda 120-dən çox belə siyasətçi iştirak edib. Müzakirə iştirakçılarının fikrincə, yeni partiya yaradılacağı təqdirdə onun əsas platforması ABŞ Konstitusiyasına və qanunlara riayət edilməklə “prinsipial mühafizəkarlıq” olacaq.

Nümayəndələr Palatasında Respublikaçılar Partiyasının siyasət komitəsinin keçmiş sədri Evan MakMallin təsdiq edib ki, bu konfransın təşkilatçılarından biri o olub. Müzakirələrdə Ronald Reyqanın, ata Corc Buşun, oğul Corc Buşun və Trampın administrasiyalarının keçmiş əməkdaşları da iştirak ediblər. Daxili Təhlükəsizlik Nazirliyində Trampın keçmiş müşaviri Con Mitnik, keçmiş konqresmen Çarli Dent, Daxili Təhlükəsizlik Nazirliyində Trampın qərargah rəisinin müavini Elizabet Noymann və Daxili Təhlükəsizlik Xidmətinin keçmiş əməkdaşı Maylz Teylor da konfransda iştirak ediblər. Konfrans iştirakçılarının 40 faizdən bir qədər çox hissəsi yeni partiya yaradılması təklifini dəstəkləyib(azərtac).