XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 February 2021 - 16:50

Ermənistanda 3 nəfərdən biri yoxsuldur- Açıqlama

“Ermənistanda yoxsulluğun səviyyəsi 30 faizə yaxınlaşdığı halda, baş nazir Nikol Paşinyan fevralın 12-dəki çıxışında 2020-ci ili ölkənin “çiçəklənmə ili” adlandırıb”.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistanın əmək və sosial məsələlər üzrə nazirinin keçmiş müavini Tadevos Avetisyan fevralın 13-də jurnalistlərə müsahibəsində bildirib.

Onun sözlərinə görə, 2018-ci ildə yoxsulluq 23,5 faiz, 2019-cu ildə bu göstərici 26,5 faiz səviyyəsində olub.

Keçmiş nazir müavini dövlət borcunun 10 milyard ABŞ dolların çatdığını bildirərək əlavə edib ki, bu vəziyyət humanitar fəlakətə səbəb olacaq.