XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 February 2021 - 18:29

Fransada “narıncı” təhlükə səviyyəsi elan edilib- Bu səbəbdən

Fransalı sinoptiklər şaxta və buz yağışları səbəbindən ölkənin 17 departamentində hava təhlükəsinin sondan əvvəlki (“narıncı”) səviyyəsini elan edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Meteo France” milli meteorologiya xidməti məlumat yayıb.

Meteoroloqların verdiyi məlumata görə, şənbə günü səhər saatlarında Strasburqda havanın tempraturu -7, Paris, Tur və Burjedə -4 dərəcəyə qədər düşüb. Gün ərzində isə Ob, Yonna, Yuxarı Marna və Kot d`Or departamentlərində havanın tempraturunun -2-0 dərəcə selsi olacağı gözlənilir. “Meteo France”dan qeyd ediblər ki, ölkənin bir çox bölgəsində aşağı temperatur bazar gününə qədər davam edəcək.

Bildirilib ki, bazar gününə keçən gecə Fransanın bəzi bölgələrində tempratur -14 dərəcə selsiyə qədər düşəcək, buz yağışları yağacaq. Vəziyyət fevralın 14-də də, demək olar ki, eyni qalacaq.