Yaponiyanın Fukusima prefekturasında 7,1 bal gücündə zəlzələ baş verib.
“TASS” xəbər verir ki, bunu ölkənin Baş Meteorologiya İdarəsi açıqlayıb.
Sunami təhlükəsi elan edilib
Yeraltı təkanlar nəticəsində TASS-ın Tokiodakı nümayəndəliyinin binasında avadanlıqlar, mebellər aşıb, bütün binada təcili qaz kəsmə sistemi işə salınıb/Report.