XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

13 Fevral 2021 - 22:19

Rusiyalı həkim növbəti pandemiyadan çıxış yolunu göstərib

Rusiyada tanınmış həkim və teleaparıcı Aleksandr Myasnikov növbəti pandemiyadan çıxış yolunu göstərib.

Azərtac xəbər verir ki, A.Myasnikov bəşəriyyəti COVID-19 virusundan da təhlükəli pandemiya gözlədiyini bildirib. O, koronavirus pandemiyasını daha qorxulu və təhlükəli pandemiya ərəfəsində məşqə bənzədib. Rusiyalı həkimin sözlərinə görə, yeni infeksiya iki yolla yayıla bilər: əvvəlcə quş və donuz qriplərinin heyvandan insana, sonra isə insandan insana keçəcəyi ehtimal olunur.

A.Myasnikov bu bəladan çıxış yolunu qripə qarşı universal peyvənd yaradılmasında görüb. Həkimin fikrincə, yeni pandemiyanın bir il, yaxud 10 il sonra başlayacağını dəqiq demək mümkün deyil. O, bütün qüvvələri qripə qarşı universal peyvənd hazırlanmasına yönəltməyə çağırıb.