XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

13 Fevral 2021 - 23:04

Britaniyada son sutkada 621 nəfər koronavirusdan həyatını itirib

Böyük Britaniyada son sutka ərzində 13 308 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 4 027 106 nəfərə çatıb.

APA-nın Britaniya müxbirinin verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində 621 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 116 908 nəfərə çatıb.