XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

14 Fevral 2021 - 11:25

Yaponiyada zəlzələdə xəsarət alanların sayı 144 nəfərə çatıb –FOTO

Yaponiyada 7,3 bal gücündə zəlzələ nəticəsində xəsarət alanların sayı 144 nəfərə çatıb.

Bu barədə ölkənin İctimai Televiziyası məlumat yayıb.

Məlumata görə, xəsarət alanların çoxu yeraltı təkanların daha güclü qeydə alındığı Miyaqi və Fukusima prefekturasının sakinlərdir.

Ölkənin Milli Meteorologiya İdarəsi həftə ərzində bir neçə yeraltı təkanın baş verəcəyi barədə xəbərdar edib.

Qeyd edək ki, fevralın 13-də Yaponiyanın şimal-şərq sahillərində 7,13 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Fukusima prefekturasının sahillərində, ocağı 60 kilometr dərinlikdə yerləşib.

Yeraltı təkanlar paytaxt Tokio ilə yanaşı, daha yeddi prefekturada hiss olunub. Yaponiyanın Baş naziri Yoşihide Suqa bildirib ki, zəlzələ nəticəsində nüvə obyektlərinə ziyan dəyməyib. /Report