XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

14 Fevral 2021 - 17:00

Hindistanda daşqın:ölənlərin sayı 50 nəfərə çatdı

Hindistanda buzlağın əriməsi nəticəsində baş verən daşqın zamanı 50 nəfər ölüb.

Bu barədə ölkənin Fövqəladə Hallar üzrə Mərkəzi məlumat yayıb.

Qeyd edilir ki, daha 150 nəfər itkin düşmüş sayılır. İtkin düşənlərin əksəriyyəti “Rişiqanqa” hidroelektrik stansiyasının fəhlələridir. Onların axtarışlarına xilasedicilər, Hind-Tibet polisinin əməkdaşları və hərbçilər cəlb edilib.

Xatırladaq ki, hadisə fevralın 7-də ölkənin şimalındakı Uttarkhand ştatında baş verib. Böyük buz kütlələri Himalay dağlarının Alaknanda və Dxauliqanqanın çaylarının yaxınlığına düşüb və yüksək dağ rayonlarında daşqına səbəb olub.