XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

15 Fevral 2021 - 11:45

Rusiyada COVID-19-un “Britaniya ştammı”nı müəyyən edən ilk test sistemi qeydiyyatdan keçib –“Rospotrebnadzor”

Rusiyada dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasının “Britaniya ştammı”nı müəyyən edən ilk test sistemi qeydiyyatdan keçirilib.

Bu barədə “Rospotrebnadzor” məlumat yayıb.

“Rospotrebnadzor”un Milli Tədqiqat İnstitutunun Epidemiologiya Mərkəzi tərəfindən işlənib hazırlanan və qeydiyyatdan keçirilən yeni test sistemi COVID-19-un “Britaniya ştammı”nın mövcudluğunu tez müəyyən edir.

Qeyd olunub ki, reagentlər toplusu klinik sınağını uğurla başa vurub və Rusiyada istifadə olunmaq üçün qeydiyyatdan keçib. Yeni test sisteminin yüksək dəqiqliyə malik olması mutasiyanın təsdiq olunduğu klinik nümunələr üzərində aparılan sınaqlarla sübut olunub. (apa)