XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 February 2021 - 12:29

Dünyada COVID-19:yoluxma hallarının sayı 108,8 milyonu keçib

Pandemiyanın başlanğıcından bəri dünyada koronavirusa yoluxma ilə bağlı aşkar edilmiş halların sayı 108 812 060 təşkil edir.

Bu barədə ABŞ-ın Cons Hopkins Universiteti məlumat yayıb.

Qeyd edilir ki, dünyada COVID-19-dan ölənlərin sayı 2 399 789 nəfərə yüksəlib, 80 milyondan çox insan sağalıb.

Koronavirusa yoluxma hallarının 5 milyon və daha çox olduğu ölkələrin siyahısına ABŞ, Hindistan və Braziliya daxildir. ABŞ dünyada yoluxma və ölüm saylarına görə birincidir. Bu ölkədə 27 639 538 nəfərdə COVID-19 aşkarlanıb, 485 322 ölüm qeydə alınıb, təxminən 18 milyon insan sağalıb.

Dünyada COVID-19-a yoluxma hallarının sayına görə ikinci yerdə Hindistan qərarlaşıb. Bu ölkədə 10 916 598 nəfər koronavirusa yoluxub, 155 732 nəfər COVID-19 qurbanı olub, 11 milyona yaxın insan isə virusdan sağalıb.

Braziliyada isə pandemiya zamanı 9 834 513 yoluxma qeydə alınıb, 239 345 nəfər ölüb, 8,7 milyondan çox COVID-19 pasiyenti sağalıb. (report)