Bu ilin martın 1-dən Rusiya neftinə ixrac rüsumu 5,8 ABŞ dolları artaraq bir ton üçün 49,6 dollar təşkil edəcək.
Bu barədə Rusiya mətbuatı Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, 15 yanvar – 14 fevral 2021-ci il tarixləri arasında Rusiyanın ixrac etdiyi “Urals” markalı neftin orta qiyməti bir barel üçün 56,996 dollar və ya bir ton üçün 416,1 dollar təşkil edib. (apa)