XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

15 Fevral 2021 - 18:11

Türkiyəyə yatırılan xarici investisiyaların həcmi 16% azalıb –Mərkəzi Bank

Ötən il Türkiyə iqtisadiyyatına yatırılan birbaşa xarici investisiyaların həcmi 2019-cu illə müqayisədə 16,5% azalaraq 7,733 mlrd. ABŞ dolları təşkil edib.

“Anadolu” agentliyinin verdiyi məlumata görə, bu barədə Türkiyə Mərkəzi Bankının hesabatında deyilir.

Qeyd olunur ki, 2019-cu ildə bu rəqəm 9,266 mlrd. dollar olub. Xarici rezidentlər tərəfindən 2020-ci ildə qoyulan investisiyaların həcmi 5,669 mlrd. dollar təşkil edib. 2019-cu ildə bu rəqəm 5,878 mlrd. dollar olub. Koronavirus pandemiyasına baxmayaraq, bu göstərici cəmi 3,6% azalıb.

Türkiyəyə birbaşa xarici investisiyanın ən böyük həcmi İtaliya tərəfində yatırılıb – 977 mln. dollar. Bu ölkənin ardınca ABŞ (798 mln. dollar), Böyük Britaniya (693 mln. dollar), Lüksemburq (436 mln. dollar) və Qətər (399 mln. dollar) kimi ölkələr gəlir.