XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

15 Fevral 2021 - 15:54

Ərdoğan ABŞ-ı terrorçuların arxasında dayanmaqda ittiham edib –"Bal kimi yanındasınız, arxasındasınız"

“Qərb bunu anlaya bilərmi? İstəyir anlasın, istəyir anlamasın. ABŞ PKK-nın Türkiyənin 13 vətəndaşını qətlə yetirməsi ilə bağlı bir açıqlama verib. Gözümüz aydın. Bəs siz terrorçuların yanında deyildiniz, bəs siz PKK-nın yanında deyildiniz, bəs siz YPG-nin yanında deyildiniz, bəs siz PYD-nin yanında deyildiniz?! Bal kimi yanındasınız, arxasındasınız”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Təəssüflər olsun ki, hər zaman bunu müşahidə etmişik. İraqın şimalına minlərlə TIR tank, ağır hərbi texnika və silah-surst gətirdilər və onu terrorçulara verdilər. Bizim təhlükəsizlik qüvvələrimiz həmin terrorçularla mübarizə aparırlar. İndi artıq məsələdən qaçmaq, ora-bura yozmaq üçün yer yoxdur. Əgər biz sizinlə NATO-da bir yerdəyiksə, dünyada və NATO-da bu əməkdaşlığımızı davam etdirəcəyiksə, bizə münasibətdə səmimi olmalısınız. Terrorçuların yanında dayanmamalısınız. Əgər hansısa tərəfin yanında dayanmaqdan söhbət gedirsə, bizim yanımızda dayanmalısınız”, – o vurğulayıb. (report)