Böyük Britaniyada son sutka ərzində 9765 nəfər koronavirusa yoluxub.
Bununla da koranavirusa yoluxanların ümumi sayı 4 047 843 nəfərə çatıb.
Bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.
Son sutka ərzində 230 nəfər koronavirusdan həyatını itirib.
Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 117 396 nəfərə çatıb. (apa)