XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

16 Fevral 2021 - 19:03

Dünya Bankı Tacikistana təmənnasız olaraq 8,63 milyon dollar ayırıb- Bu məqsədlə

Dünya Bankı COVID-19 virusuna qarşı vaksinasiya üçün Tacikistana təmənnasız olaraq 8,63 milyon dollar ayırıb.

Azərtac Tacikistan mətbuatına istinadla xəbər verir ki, vaksinlərin alınması və çatdırılması BMT-nın Uşaq Fondu-UNICEF xətti ilə həyata keçiriləcək.

Bildirilir ki, vəsait beynəlxalq səviyyədə tanınan vaksinlərin alınmasına xərclənəcək. İlk növbədə, əhalinin yaşlı təbəqəsi, tibb işçiləri, müəllimlər, xroniki xəstəlikləri olanlar peyvənd ediləcək.

Dünya Bankının Tacikistandakı nümayəndəsi Peter Olters bildirib ki, bu layihə ölkədə vaksinasiya proqramının həyata keçirilməsi istiqamətində mühüm addım olacaq, bununla belə əhalinin bütün təbəqələrini peyvənd etmək üçün xüsusi qurumun yaradılmasına başlanılacaq.