XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

26 May 2015 - 17:10

Ukraynada ağır döyüşlər gedir – ölən və yaralananlar var

Son gün ərzində Ukraynanın şərqində gedən toqquşmalarda 4 rusiyapərəst separatçı, bir Ukrayna əsgəri və bir nəfər dinc sakin həlak olub.

Bu haqda Ukrayna Antiterror əməliyyatı qrupunun sözcüsü Andrey Lısenko açıqlama verib. Onun sözlərinə görə, mülki şəxs Donetsk yaxınlığındakı Koks-kimya zavoduna mərmi düşməsi nəticəsində ölüb. Lısenko bildirib ki, zavodda baş verən yanğın nəticəsində kiçik sızma baş verib. Andrey Lısenko əlavə məlumat verməyib. Onun sözlərinə görə, baş verən son toqquşmalarda ümumilikdə 12 Ukrayna əsgəri yaralanıb.

Hər iki tərəfin məlumatına görə, ən ağır toqquşmalar Mariupol şəhərinin ətrafındakı Şirokine kəndində olub.

Qeyd edək ki, ötən ilin aprelindən bu yana Ukraynanın şərqində gedən toqquşmalarda 6 mindən çox adam ölüb (ANS).