XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

17 Fevral 2021 - 11:33

Rusiya və Pakistan müqavilə imzalayıblar- Silah tədarükünə dair

Rusiya və Pakistan arasında tank əleyhinə sistemlərin, hava hücumundan müdafiə sistemlərinin və atıcı silahların tədarükü ilə bağlı müqavilələr imzalanıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Pakistan Ordusunun Baş Qərargah rəisi general Kamar Caved Bacva öz açıqlamasında deyib.

Bu barədə o, Pakistanda sona çatan beynəlxalq AMAN-2021 hərbi təlimləri zamanı çıxışında elan edib. Rusiya Hərbi-Texniki Əməkdaşlıq Xidməti bu barədə hələlik açıqlama verməyib.

General son illərdə Pakistanın Rusiyadan “Mi-35” döyüş helikopterləri aldığını da xatırladıb.