XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

17 Fevral 2021 - 12:33

Gürcüstanda koronavirus:son sutkada 486 nəfər yoluxub

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19)  486 yoluxma halı qeydə alınıb, 13 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 266 948, ölənlərin sayı isə 3 390 nəfərə çatıb.

Virusa yoluxanlardan 259 727 nəfərin sağaldığı bildirilir.