XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

17 Fevral 2021 - 16:12

Bayden Ağ Evi “qızıl qəfəs” adlandırıb

ABŞ prezidenti Cozef Bayden Ağ Evdəki həyatını “qızıl qəfəs” adlandırıb.

Bu barədə “Report” “Associated Press”ə istinadən xəbər verir.

Siyasətçi hələ də birinin ona palto uzatdığına alışa bilmədiyini vurğulayıb. Bayden Barak Obama administrasiyasında vitse-prezident vəzifəsində çalışdığı dövrdə Oval Ofisdə yüz dəfədən çox olduğunu, lakin əvvəllər Ağ Evin yaşayış yerlərində olmadığını açıqlayıb. Onun sözlərinə görə, ora vitse-prezidentin iqamətgahından xeyli fərqlənir.

Bununla belə, Bayden prezidentliyə artıq alışdığını söyləyib: “Bəzən işlər çox sürətlə baş verdiyi üçün elə bilirsən artıq dörd il keçib”.

Qeyd edək ki, C.Bayden yanvarın 20-də and içərək rəsmən prezident vəzifəsinin icrasına başlayıb.