Ukrayna Nazirlər Kabineti ölkədə yumşaldılmış karantin müddətini aprelin 30-dək uzadıb.
Bu barədə Ukrayna Nazirlər Kabinetinin fevralın 17-də keçirilən iclasında qərar qəbul edilib.
Ukraynanın səhiyyə naziri Maksim Stepanov iclasda bildirib ki, karantin müddətinin aprelin 30-dək uzadılması sonuncu müddət olmaya bilər. Karantin müddətinin uzadılması Ukrayna xalqının sağlamlığına yönəldilmiş qərardır. Ukrayna koronavirusla mübarizədə sabit vəziyyəti yaratmağa müvəffəq olub(azərtac).