Böyük Britaniyada sərt karantin qaydalarının yumşadılmasına qərar verilib.
Baş nazir Boris Conson fevral ayının 22-dən etibarən sərt karantin rejimindən çıxış yollarını açıqlayacağını bildirib.
O, hazırlanan plana əsasən mərhələli şəkildə karantin rejiminin ləğv olunacağını bildirib.
Plana əsasən mart ayının 8-dən etibarən məktəblərin fəaliyyəti bərpa ediləcək. Daha sonra mağazalar və restoranların fəaliyyəti bərpa olunacaq.
Qeyd edək ki, ölkədə 15 milyondan çox insana peyvəndin 1-ci dozası vurulub(azərtac).