XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

18 Fevral 2021 - 22:16

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru İrana səfər edəcək- Bu tarixdə

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (IAEA) baş direktoru Rafael Qrossi fevralın 20-də İrana səfər edəcək.

Bu barədə məlumatı İranın IAEA yanındakı daimi nümayəndəsi Kazım Qəribadi verib. O deyib ki, R.Qrossi İran rəsmiləri ilə texniki məsələləri müzakirə edəcək.

Qeyd edək ki, ABŞ razılaşmaya baxmayaraq, İrana qarşı iqtisadi sanksiyaları artırdıqdan sonra İran parlamenti IAEA nümayəndələrinin nüvə obyektlərinə daxil olmasını qadağan edən qanun qəbul edib. İran parlamenti bəyan edib ki, ABŞ razılaşmaya məhəl qoymayaraq sanksiyalar siyasətini davam etdirirsə, İran da nüvə obyektlərinin monitorinqinə imkan verməyəcək.

Bu məsələ aydınlıq gətirən K.Qəribadi qeyd edib ki, İran parlamentinin qəbul etdiyi qanun fevralın 23-dən qüvvəyə minəcək(azərtac).