XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 February 2021 - 22:07

Gürcüstan keçən il 1 milyard lari itirib- Pandemiya səbəbindən

Koronavirus pandemiyası səbəbindən tətbiq olunan qadağalar səbəbindən Gürcüstan gündə 16 milyon lari (təqribən 5 milyon ABŞ dolları) itirir.

Bu barədə “Galt & Taggart” investisiya bankının hesabatında məlumat verilir.

Bildirilib ki, 2020-ci ildə Gürcüstan iqtisadiyyatına dəyən zərərin həcmi 1 milyard lari (təxminən, 304 milyon ABŞ dolları) təşkil edib.

Bankın hesablamalarına görə, 2021-ci il fevralın 1-dən karantin tədbirlərinin mərhələli şəkildə aradan qaldırılmasına baxmayaraq, koronavirus ciddi problem olaraq qalır və Gürcüstan hər gün milyonlar itirir.

Hesabatda qeyd olunub ki, ötən il iqtisadiyyat 6,1 faiz azalıb və ən böyük ziyan turizm sahəsinə dəyib. Bu sektorun 2021-ci ildə tədricən bərpası nəzərdə tutulub və ilin sonunda ölkənin turizmdən 1,2 milyard dollar gəlir əldə edəcəyi proqnozlaşdırılır(azərtac).