XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 February 2021 - 22:24

Ukraynada koronavirusa yoluxma halları yenidən artır- Səhiyyə Nazirliyi

Son sutka ərzində Ukraynada 6237 nəfər koronavirusa yoluxub ki, bu da son günlərin yuxarı göstəricisidir. Bu virusa ən çox yoluxma İvano-Frankovsk və Vinnitsa vilayətlərində qeydə alınıb.

Bu barədə Ukraynanın Səhiyyə Nazirliyinin məlumatında qeyd edilib.

Ötən gün ölkədə koronavirusdan 163 nəfər həyatını itirib, 2222 nəfər isə xəstəxanaya yerləşdirilib.

Fevralın 17-nə olan vəziyyətə görə, Ukraynada 1 milyon 287 min 141 yoluxma faktı təsdiqlənib. Xəstələnənlərdən 1 milyon 134 min 120 nəfər müalicə olunaraq sağalıb. Pandemiya dövründə koronavirusdan ölənlərin sayı 24 min 852 nəfərdir(azərtac).