XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 February 2021 - 21:25

NATO İraqdakı əsgərlərinin sayını səkkiz dəfə artırır:"Hərbçilər döyüş əməliyyatlarında iştirak etməyəcək"

NATO müdafiə nazirləri videokonfrans formatında keçirilən iclasda alyansın İraqdakı hərbçilərinin sayının artırılması barədə qərar qəbul edib.

Bunu NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə keçirdiyi mətbuat konfransında bəyan edib.

“İraqdakı missiyamızın sayını 500 nəfərdən 4 min nəfərə qədər artırmaqla bağlı qərar verdik. Bu, bir neçə ay ərzində, mərhələli şəkildə həyata keçiriləcək. NATO hərbçiləri təlim statusunu qoruyacaq, döyüş əməliyyatlarında iştirak etməyəcək”-deyə, Stoltenberq vurğulayıb.

Baş katib əlavə edib ki, NATO-nun İraqdakı genişləndirilmiş missiyasına rəhbərliyi Danimarka edəcək/Report.