XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

19 Fevral 2021 - 09:59

ABŞ-ın neft ehtiyatları 7 mln. bareldən çox azalıb –EIA

Ötən həftənin yekunlarına görə (7-12 fevral), ABŞ-ın kommersiya neftinin ehtiyatları 7 258 min barel azalaraq 461 757 min barel təşkil edib.

Bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyinin (EIA) dərc etdiyi hesabatda bildirilir.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın neft ehtiyatlarının 2 429 min barel azalacağını proqnozlaşdırırdı.

Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan “qara qızıl”ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir. (apa)