XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

19 Fevral 2021 - 19:21

BMW 430 min avtomobili geri çağırır –Səbəb

BMW konserni Almaniyada yanğın təhlükəsi səbəbindən üçüncü seriyaya aid 430 min avtomobili geri çağırır.

“Focus”un verdiyi məlumata görə, bu barədə şirkətdən bildirilib.

Artan yanğın riski 2017-ci ildən bəri məlumdur. İstehsal tarixi 2004-cü ilin iyulundan 2012-ci ilin iyun ayına qədər olan avtomobillər parkinq edilmiş avtomobillər də daxil olmaqla qısa qapanma, kontaktların əriməsi və ya nadir hallarda yanğınla qarşılaşa bilər.

Geri çağırılan avtomobillər təmir üçün servislərə getməlidir. Söhbət E90-E93 kodlu modellərdən gedir.

Xatırladaq ki, BMW avtokonserni BMW, “Mini” və “Rolls-Royce” markalı avtomobillər, motosikletlər və mühərriklər istehsal edir. Şirkətin baş ofisi Münhen şəhərində yerləşir. (apa)