XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

19 Fevral 2021 - 18:25

Britaniya şahzadəsi Harri bütün fəxri adları itirəcək

Britaniya şahzadəsi Harri bütün fəxri adlarından məhrum olacaq.

AP-nin verdiyi xəbərə görə, bu barədə Bukingem Sarayı məlumat yayıb.

Bildirilib ki, şahzadə Harri və həyat yoldaşı Meqan kral ailəsinin üzvü kimi öz vəzifələrinə qayıtmayacaq və Harri fəxri hərbi adlarından imtina edəcək.

Xatırladaq ki, 2020-ci ilin əvvəlində Harri və Meqan krallıq həyatından uzaqlaşıb və razılaşdırılıb ki, bir ildən sonra vəziyyət gözdən keçiriləcək.

Cütlük indi Kaliforniyada yaşayır və ikinci övladlarının dünyaya gəlişini gözləyir. (apa)