XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

20 Fevral 2021 - 10:02

BMT Baş katibi:“Qərbin digər aparıcı dünya gücləri ilə dialoqa girməsi lazımdır”

“Qərb dəyərlərini və dəyişən dünyada yerini qoruyub saxlamaq üçün digər başda qlobal oyunçularla, xüsusən də Çin ilə birmənalı dialoq aparmalıdır”.

APA xəbər verir ki, bunu Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən virtual tədbirdə çıxış edən BMT Baş katibi Antonio Quterreş bildirib.

O, qeyd edib ki, Qərb dəyərlərini – təhsil, rasionalizm, tolerantlıq, insan hüquqlarını qorumaq üçün bir yol tapması lazımdır: “Ancaq bunun üçün Qərbin qlobal arenadakı digər aparıcı oyunçularla mənalı bir dialoq və əməkdaşlıq etməsi zəruridir”.

BMT Baş katibi əlavə edib ki, söhbət ilk növbədə Çin ilə Qərb arasındakı münasibətlərin yaradılması kimi vacib bir mövzudan gedir.