XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

20 Fevral 2021 - 13:49

Rusiyada koronavirus əleyhinə üçüncü peyvənd qeydiyyatdan keçib

Rusiyada yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı üçüncü vaksin qeydiyyatdan keçib.

APA-nın Moskva müxbirinin xəbərinə görə, “Kovivak” adlandırılan vaksin Çumakov adına Mərkəz tərəfindən işlənib hazırlanıb. 

Koronavirusa qarşı “Kovivak” peyvəndinin qeydiyyatdan keçdiyini Baş nazir Mixail Mişustin açıqlayıb.

Qeyd olunub ki, ilk 120 min doza vaksin mart ayının ortalarında dövriyyəyə buraxılacaq.

Xatırladaq ki, Rusiyada “Sputnik V” adlanan ilk peyvənd ötən ilin avqustunda qeydiyyatdan keçib. Bundan sonra koronavirus əleyhinə ikinci peyvənd qeydiyyata alınıb.