Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Mariano Qrossi bu gün İrana səfər edəcək.
APA-nın xəbərinə görə, baş direktor bu barədə “Twitter”də məlumat verib.
O bildirib ki, AEBA-nın İranda əsas monitorinq fəaliyyətinə davam etməsi üçün İran qanunlarına uyğun olaraq qarşılıqlı razılıq əsasında həll yolu tapmaq üçün yüksək səviyyəli rəsmilərlə görüşəcək.
“Uğur qazanmağı səbirsizliklə gözləyirəm – bu hər kəsin marağındadır”, – deyə baş direktor qeyd edib.