XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

20 Fevral 2021 - 16:16

Britaniya hökuməti avtomobildən imtina edən sürücülərə mükafat verəcək

Böyük Britaniya hökuməti ətraf mühiti daha çox çirkləndirən avtomobil sahiblərinə ictimai nəqliyyat və ya velosipeddən istifadə edəcəyi təqdirdə 3 min funtadək (4,2 min dollar) ödəniş edəcək.

Trend-in məlumatına görə, bu barədə Böyük Britaniya mətbuatı yazır.

Pilot layihə bu ilin yazında İngiltərənin Koventri şəhərində başlayacaq. Ödənişlər 2016-cı ildə istehsalı dayanmış dizel mühərrikli və 2006-cı ildə istehsalı dayanmış benzin mühərrikli avtomobil sahibləri üçün nəzərdə tutulub.

Layihə ətraf mühitin çirklənməsinin və tıxacların qarşısını almaq məqsədi daşıyır.