XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

20 Fevral 2021 - 17:37

İran İraqla sərhədlərini bağlayıb

Koronavirusun İranda, əsasən də cənub-qərb yerləşən Xuzistan vilayətində yayıldığını nəzərə alaraq İranın İraqla sərhədlərinin bağlanmasına qərar verilib.

Bunu İranın Koronavirusla Milli Mübarizə Komitəsinin icra qərargahının rəhbəri və İranın daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli jurnalistlərə açıqlamasında deyib. Bu barədə Trend IRNA-ya istinadən məlumat verir.

Ə.Rəhmani Fəzlinin sözlərinə görə, İranın Xuzistan vilayətinə giriş-çıxış, bu vilayətin şəhərləri arasında hərəkətlərə məhdudiyyət tətbiq edilib.

İranlı nazir əlavə edib ki, Novruz bayramının yaxınlaşması ilə əlaqədar kütləvi toplantılar, sərgilərin keçirilməsi qadağan edilib. Həmçinin, şəhərlərarası yollarda hərəkətlərə ciddi şəkildə nəzarət olunacaq.

Rəhmani Fəzli müxtəlif ölkələrdən satın alınan vaksinlərin tez bir zamanda İrana gətirilməsi ilə əlaqədar müvafiq qərarların qəbul edildiyini deyib.

Qeyd edək ki, bu günədək (20 fevral) İranda 1 566 081 nəfər koronavirusa yoluxub, 59 409 nəfər bu virus nəticəsində ölüb və 1 337 877 nəfər sağalıb.